"ABŞ İraqdan qoşunları çıxarmağı planlaşdırmır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü briqada generalı Patrik Rayder gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

General İraqın "ABŞ-nin rəhbərlik etdiyi koalisiya qüvvələrinin ölkədə mövcudluğuna son qoyulacaq" bəyanatını şərh edib:

"Hazırda heç bir geri çəkilmə planından xəbərim yoxdur. Biz İraq hökumətinin dəvəti ilə bölgədə fəaliyyət göstəririk".

 

Gözəl Həşimova