ABŞ-Azərbaycan münasibətləri dərinləşir – yüksək səviyyəli səfərin əhəmiyyəti - ŞƏRH

ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri beynəlxalq siyasi gündəmdə diqqət çəkən mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Yüksək səviyyəli bu səfər Vaşinqton və Bakı arasında strateji əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər Birləşmiş Ştatlarla Azərbaycan arasında siyasi dialoqun daha da dərinləşdirilməsi, iqtisadi və enerji sahələrində tərəfdaşlığın genişləndirilməsi, həmçinin regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilir.
Müəllif
Elchin MehdiyevXəbərlər yüklənir...









