ABŞ ordusunun Avstraliyadakı hərbi mövcudluğunu artıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin açıqlama yayıb.

Nazir iki ölkənin güc yerləşdirməsi də daxil olmaqla müdafiə sahəsində əməkdaşlığı gücləndirilməsi barədə razılaşdıqlarını qeyd edib:

“Bugünkü danışıqlarda ABŞ qüvvələrinin Avstraliyadakı alternativ mövcudluğunu artıracağıq. Bu, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının bombardmançı tapşırıq qrupları və imkanları daxil olmaqla, logistika və davamlılıq sahəsində əməkdaşlığımızı genişləndirəcək”.

Məhəbbət Məmmədov