ABŞ Energetika Nazirliyi strateji neft ehtiyatının artırılması prosesi çərçivəsində əlavə olaraq 6 milyon barel neft almağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin məlumatda deyilir.

Məlumata görə, bu, cari ildə ehtiyat üçün neftin alınması ilə bağlı üçüncü müraciətdir.

Əlavə edək ki, ABŞ prezidenti Co Bayden ölkədə benzinin qiymətinin aşağı salınması üçün 180 gün ərzində strateji ehtiyatdan gündəlik 1 milyon barel neft satılması barədə fərman imzalayıb. Energetika Nazirliyi bu xammalın satışından əldə olunan gəliri enerji almaq və neft ehtiyatını artırmaq üçün istifadə edir.