Yaxın Şərqdə eskalasiya və İran ilə İsrail arasında hərtərəfli müharibə təhlükəsi 1970-ci illərdən bəri qlobal neft bazarı üçün ən yüksək risklərdir.

İqtisadiyyat.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

"Əgər İsrail ordusu İranın enerji və nüvə obyektlərinə kütləvi raket zərbəsi endirmək qərarına gəlsə, bu fakt əslində Ukrayna prezidenti Volodimir Zelenskiyə Rusiyadakı oxşar infrastruktura oxşar hücumu həyata keçirmək üçün “yaşıl işıq” yandıra bilər. Avrasiya və Yaxın Şərq regionlarında bu cür hücumların nəticələri qlobal neft bazarına böyük ziyan vura bilər.

Bütün geosiyasi amilləri, eləcə də dünya bazarında mövcud tələb və təklif balansını nəzərə alaraq, Brent markalı neft indi təxminən 80 dollar səviyyəsində ticarət edilməlidir. Lakin İranda neft hasilatında ciddi fasilələr yaranarsa, qiymətlər daha 10 dollar arta bilər", - məlumatda deyilir.

 

Gözəl Həşimova