Bu barədə İqtisadiyyat.az şirkətə istinadən xəbər verir.

Mılumata görə, şirkət Məhdud Məsuliyyətli Cəmiyyətdən Açıq Səhmdar Səmiyyətinə çevrildiyini elan edir.

Xatırladaq ki, Abdulbari Gözəlin rəhbəri olduğu “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərir. AKKİK 2007-ci ildə dövlət qeydiyyatına alınıb, müəssisə Sumqayıt şəhərində fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 103 000 000 manat, qanuni təmsilçisi isə Osmanov Elşən Əlibala oğludur. 

Şirkət əsasən ölkə ərazisində kağız tullantıların toplanması, toplanan tullantı kağızlardan karton istehsalında xammal olan kağız rulonlar, müxtəlif çeşiddə və növdə 2,3,4,5 qatlı büzməli karton qablaşdırma məhsulları, müxtəlif çeşiddə etiketlər, kağız yumurta kasetlər, Ofset kağız-karton qablaşdırma məhsulları, müxtəlif ölçü və çeşiddə künclüklər, müxtəlif cür kağız dəsmallar, nəm kağız dəsmallar, tualet kağızları və s. istehsal edir. AKKİK-in tərkibində Kağızın Təkrar Emalı Fabriki, Xırdalan Karton Fabriki, Təmizlik  Kağızları İstehsal Fabriki, Təmizlik Vasitələri Fabriki fəaliyyət göstərir.

AKKİK həm də uşaq bezi istehsalçısı olan “Hayat Kimya”nın Azərbaycandakı rəsmi distributorudur.