ABB birbaşa satışlar üzrə mütəxəssis / aparıcı / baş mütəxəssis (İpoteka satışları) vəzifəsinə vakansiya elan edir.

İqtisadiyyat.az xəbər verir ki, bankdan vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələblər təqdim olunub.

Görəcəyiniz işlər:

Sahə üzrə bazar analizi etmək; 

İpoteka müraciətlərini ilkin analiz etmək;

İpoteka müraciətlərini operativ cavablandırmaq; 

Qoyulan satış hədəflərinin icrası;

Məhsullarla bağlı təqdimatların hazırlanması və görüşlərdə təqdimatla çıxış etmək;

Hesabatların hazırlanması;

Rəhbərlik tərəfindən verilən digər sorğuları icra etmək.

Bizim üçün uyğun namizəd:

Ali təhsilə;

Müştərilər ilə üzbəüz işləmə bacarığı olan;

Təqdimat bacarığı olan;

İpoteka haqqında qanundan ilkin anlayışları olan;

Mülki məcəllədən ilkin anlayışları olan;

Banklar haqqında qanundan ilkin anlayışları olan;

Xarici diı biliklərinə;

Yaradıcı və innovativ;

Satış bacarığı olan;

Bank məhsullarının satışı üzrə təcrübəsi olan;

Fərdi və komanda tərkibində işləməyi bacaran şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.