Bir neçə gün əvvəl ölkənin qabaqcıl reklam agentliklərindən biri olan “Admedia”nın təsisçisi Sabit Məmmədov öz feysbuk hesabında “Pasha Bank”la yaşadığı çətinliyi ictimailəşdirib. 

İqtisadiyyat.az-ın xəbərinə görə, həmin paylaşımda Sabit Məmmədov bildirib ki, illərdir aktiv istifadə etdiyi “Pasha Bank”ın “Black, Miles&Smiles” kartının müddəti bitsə də, bank kartın müddətinin artırılması ilə bağlı müraciətə ciddi yanaşmayıb və hər dəfə “sizinlə əlaqə saxlayacağıq” formasında cavab verib. 

S.Məmmədov qeyd edib ki, bu statusdan sonra isə Azərbaycan Beynəlxalq Bankı (ABB) nümunəvi addım atıb. Belə ki, ABB əməkdaşları dərhal S.Məmmədovla əlaqə saxlayaraq ona yeni kart hədiyyə ediblər. 

S.Məmmədov öz feysbuk hesabında ABB-yə jest üçün təşəkkür edib. 

Həmin statusu təqdim edirik: