Aİ Komissiyasının sədri Ursula fon der Leyen paytaxt Kiyevdə sabah keçiriləcək Aİ-Ukrayna sammitindən əvvəl Aİ-nin Ukrayna bayrağı Brüsseldə dalğalanana qədər ona dəstəyini davam etdirəcəyini bildirib.


İqtisadiyyat.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Von der Leyen sabah keçiriləcək Aİ-Ukrayna sammiti öncəsi Ukrayna Nazirlər Kabineti və Aİ Komissiyasının birgə iclasının bağlanışında çıxış edib.

İclasda 20-yə yaxın məsələni müzakirə etdiklərini bildirən von der Leyen, "Komandalarımızın Ukraynanı dəstəkləmək və onun gələcəyini eyni masa arxasında hazırlamaq üçün çalışdıqlarını görmək çox təsir edicidir. Dünyaya güclü bir siqnaldır.", - deyə bildirib.