A-Qroup sığorta şirkəti regional inkişaf strategiyası çərçivəsində, eləcə də müştərilərinə yüksək səviyyədə xidmət və rahatlığı təmin etmək məqsədilə Quba şəhərində yeni nümayəndəliyini açıb.

Şəbəkənin genişləndirilməsi şirkətin inkişafının prioritet istiqamətlərindən biridir. Qubadakı nümayəndəlik həm fiziki şəxslər, həm də korporativ müştərilər üçün A-Qroup tərəfindən hazırlanmış tam çeşidli xidmətlər və sığorta məhsullarını təqdim edəcək. Sığortalılar müqavilələrin bağlanması/yenilənməsi, eləcə də sığorta ödənişlərin zamanı ixtisaslı və operativ yardım alacaqlar.

A-Qroup sığorta şirkətinin İdarə Heyətinin sədri Abas Miskərlinin rəhbərliyi ilə açılış mərasimində baş və regional idarələrin departamentin və şöbə müdirləri iştirak ediblər.

Quba şəhərində yerləşən A-Qroup komandası təcrübəli sığortaçılar və məsul mütəxəssislərdən ibarətdir.

Agent şəbəkəsinin inkişafı və pərakəndə satışın artması şirkətin strateji hədəfləridir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün A-Qroup ölkənin regionlarında ofislərinin sayını artırmaqda davam edir. Bu gün şirkət artıq Azərbaycanın aşağıdakı şəhərlərində təmsil olunur: Bakı, Gəncə və s.

A-Qroup-un yeni nümayəndəliyi Quba şəhəri, H. Əliyev 76 pr. ünvanında yerləşir.

Xatırlatmaq istərdik ki, A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 26 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə genişçeşidli sığorta məhsulları təqdim edərək 14 növ könüllü və 3 icbari sığorta növü üzrə yüksək ixtisaslı xidmətlər təqdim edir.