YouTube” onlayn videohostinqi Rusiyanın Dövlət Televiziya və Radio Şirkətinin Çeçenistan filialı olan “Vaynax” kanalının səhifəsini bloklayıb.
Rus mətbuatı xəbər verir ki, bu barədə kanalın direktoru Ruzana Veselaeva xəbər verib:
"Kanal xəbərdarlıq olunmadan və heç bir səbəb göstərilmədən bağlanıb. Əminliklə deyə bilərəm ki, telekanalımız videohostinqin irəli sürdüyü bütün tələblərə riayət edirdi. Biz bloklanma və ya hər hansı pozuntular barədə xəbərdarlıq da almamışıq. Kanalda Çeçenistan Respublikasında baş verən hadisələr, region rəhbəri Ramzan Kadırovun fəaliyyəti və Ukraynada xüsusi əməliyyat haqda materiallar nümayiş olunurdu".
Qeyd edək ki, martın sonlarında videohostinq Rusiyanın "Birinci kanal", "Rusiya 24", "Rusiya 1", "TASS", "RİA Novosti", "RBK", "Zvezda" və bir neçə digər telekanallarının da yayımını dayandırılıb.