Ölkə ərazisində yağıntının az düşməsi çaylarda, su anbarlarında suyun səviyyəsinə də təsir göstərib.
Yeniavaz.com xəbər verir ki, elə bu səbdən Yuxarı Qarabağ kanalında 1 metrə qədər enmə müşahidə olunub. Mənbəyini Mingəçevir Su Anbarından alan kanalda müşahidə olunan azalma anbarındakı su həddinin ötən illə müqayisədə təxminən 2 metr yarım aşağı düşməsi ilə bağlıdır. Bu hal isə Mingəçevirdən İmişliyə qədər uzanan rayonların ərazilərinə düşən 130 min hektarlıq əkin sahələrini tam arzuolunan səviyyədə suvarma suyu ilə təmin etməyə imkan vermir. Əvvəllər tunel vasitəsilə anbardan kanala saniyədə 80 min kubmetr su ötürülürdüsə, bu gün həmin rəqəm 57 min kubmetr su həddinə düşüb.
Şakir İmanov-Yuxarı Qarabağ kanalı İstismar İdarəsinin rəisinin dediyinə görə Yuxarı Qarbağ kanalında su itkisinin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilir. Xüsusilə də kanalın təmizlənməsi və sızmaların qarşısının alınması üçün maksimum səy göstərilir.