Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Vergi xidməti işçilərinin peşə bayramı günü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bir sıra əməkdaşları təltif ediliblər. Medal alanlar sırasında Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəis müavini Nicat İmanov da yer alıb. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə mükafatlandırılıb.