AFFA-nın bu gün “Bulvar otel”də keçirilən növbəti Konfransında UEFA Avropa Liqasının 2018/2019 mövsümünün Bakıda keçirilən final oyununa xərclənən vəsaitin məbləği açıqlanıb.

Oxu.Az-ın xəbərinə görə, Assosiasiya rəsmisi Xalid Cavadov bildirib ki, ötən ilin mayında “Çelsi” - “Arsenal” qarşılaşmasının təşkilinə 13 milyon 333 min 491 manat xərclənib.

Məbləğin 11 milyon manatını Maliyyə Nazirliyi, 2.5 milyon manatını isə SOCAR ayırıb.