Tviter sosial şəbəkəsi “Russia Today” telekanalının səhifəsini bağlayıb.
Bu barədə telekanal məlumat yayıb.
“Tviter RT-nin səhifəsini bağlayıb. Biz qərarla bağlı şikayət edəcəyik”, - RT telegram-telekanalı bildirib.
Bir müddət əvvəl Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatları dəstəklədiyi üçün yutub da Rusiya kanallarına məhdudiyyət tətbiq edib. Tviterin RT-ni də bu səbəbdən bağladığı istisna edilmir.