Koronavirusla mübarizə tədbirləri çərçivəsində Gürcüstanın paytaxtı Tbilisi şəhərində 15 hotel bağlanıb.

İqtisadiyyat.Az xəbər verir ki, bunu Gürcüstanın Hotellər və Restoranlar Federasiyasının nümayəndəsi Şalva Alaverdaşvili deyib.

Onun sözlərinə görə, hotellərin bağlanması müvəqqətidir: Hotellərdə mart-aprel ayına olan rezervasiyaların əksəriyyəti ləğv edilib, eyni durum may ayı üçün də gözlənilir”.

Ş.Alaverdaşvili qeyd edib ki, hazırda sektor nümayəndələri hökumət tərəfindən bu sahədə konkret addım atılmasını gözləyir.

(Apa)