Tariximizin Xocalı adlı qanlı səhifəsindən 27 il ötür

Bugün bəşər tarixinin ən böyük faciələrindən biri olan Xocalı soyqırımından 27 il ötür. Xocalı soyqırımı insanlığın bitdiyi yerdir. Ermənilərin Azərbaycan xalqına qarşı amansız düşmənçiliyinin ən bariz nümunəsi, bir millətin məhv edilmə aktıdır. Hər il olduğu kimi, bugün də məktəblərdə ilk dərs tariximizin Xocalı adlı qanlı səhifəsinə həsr edilib. Şagirdlərə ermənilərin törətdiyi insanlığa sığmayan vəhşilikdən, qəddarlıqdan danışılıb, düşmənlərimizin xalqımıza qarşı olan məkrli, mənfur siyasətindən söz açılıb.
Xəbərlər yüklənir...









