Bu ilin sonunda Bakıda Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRASECA) üzrə Hökumətlərarası Komissiyanın Yüksək Səviyyəli 14-cü iclası keçiriləcək.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə Komissiyanın Azərbaycan üzrə milli katibi Akif Mustafayev məlumat verib.

Onun sözlərinə görə, iclasda bir sıra məsələlər, o cümlədən TRACECA-nın Daimi Katibliyinin saxlanılması xərcləri, dəhlizin iştirakçısı olan bəzi ölkələrin üzvlük haqqını ödəməməsi müzakirə ediləcək. Belə ki, üzvlük haqqını Tacikistan, Qırğızıstan, Özbəkistan və Ruminya kimi ölkələr ödəmir".