Türkiyədə koronavirusdan ölənlərin sayında artım olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı ölkənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.
O, “Twitter” hesabı vasitəsilə paylaşım edib və bildirib ki, daha 115 nəfər pandemiyanın qurbanı olub.
Bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 518 nəfərə çatıb.
Nazir qeyd edib ki, bu gün 34 090 test keçirilib, 4 281 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 69 392 nəfərdir.
Bundan əlavə, daha 875 pasiyent sağalıb. Onların ümumi sayı 5 674 nəfərdir.