Türkiyədə dolların məzənnəsi sürətlə artır.

İqtisadiyyat.Az xəbər verir ki, martın 12-dən başlayaraq lirə dollar qarşısında yenidən zəifləyib və 6,3 lirə psixoloji həddi keçib. Dollar 6,32 lirəyə yüksəlməklə rekord vurub. Sonradan 6,31 lirə həddində sabitləşib.

Bu dolların lirə qarşısında indiyədək qeydə alınan ən yüksək məzənnəsidir. Bundan əvvəl fevralın 28-də dollar 6,24 lirəyə yüksəlmişdi.

Xatırladaq ki, ilin əvvəlində Türkiyədə dollar 5,94 66 lirə idi və indiyədək 6,2% artıb.

Türkiyədə avro da bahalaşıb və 7,088 lirəyə yüksəlib.(FED.az)