Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, 486 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 333 864 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 324 103 nəfər müalicə olunaraq sağalıb, 4 907 nəfər vəfat edib, aktiv xəstə sayı 4 854 nəfərdir.
Ölkədə son sutka ərzində 5535, hazırkı dövrədək isə 3 509 174 test aparılıb.