Muxtar respublikanın Sədərək rayonunda “Dəhnə” adlanan ərazidə 2 hektar sahədə yeni üzüm tingləri əkilib.
Fins.az xəbər verir ki, yeni bağda xüsusən xəlili, hüseyni, ağ, qırmızı, sarı və qara kişmişi kimi üzüm növləri əkilib. Son dövrlər Sədərək rayonunda üzümçülük ənənələrini bərpa etmək məqsədilə uğurlu addımlar atılıb. Rayonda süfrə üzümünün əkini sahələri genişləndirilib, yeni üzüm bağları salınıb, üzümçülük təsərrüfatlarına lazım olan əsas və köməkçi materialların istehsalı dəstəklənib. Yeni üzüm bağlarının salınması, bir neçə il sonra bu sahə ilə məşğul olan torpaq mülkiyyətçilərinin gəlirlərini daha da artıracaq.