Rusiyada son bir gündə daha 5 862 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 789 190 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 165 nəfər artaraq 12 745-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 572 053 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 638 nəfər.report