Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında nominal orta aylıq əmək haqqına görə hər zaman olduğu kimi bu dəfə də Rusiya ilk sırada qərarlaşıb.
Yeniavaz.com-un MDB Dövlətlərarası Statistıka Komitəsinin açıqladığı sonuncu -may ayının əvvəlinə olan statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki, Rusiyada orta aylıq əmək haqqı 688 dollara (44 min 710 rubl) bərabər olub. Rusiyadan sonra ikinci sırada Qazaxıstan qərarlaşıb. Bu ölkədə orta aylıq əmək haqqı 438 dollar (168 min 489 tengə) olub.
Azərbaycan bu siyahıda 6-cı sırada yer alıb. Ölkəmizdə orta aylıq əmək haqqının məbləği 340 dollar (577,6 manat) olub.
MDB-nin digər ölkələrinə gəldikdə isə orta aylıq əmək haqqı Ermənistanda 371 dollara (177 min 171 dram), Belarusda 488 (1 026,1 rubl), Ukraynada 365 (9 min 788 qrivna), Qırğızıstanda 225 (15 min 716 som), Tacikistanda isə 138 dollara (1299,9 somoni) bərabər olub.
Ölkələr | Əmək haqqı |
Rusiya | 688 $ (44 710 rubl) |
Qazaxıstan | 438 $ (168 489 tengə) |
Belarus | 488 $ (1 026,1 rubl) |
Ermənistan | 371 $ (177 171 dram) |
Ukrayna | 365 $ (9 788 qrivna) |
AZƏRBAYCAN | 340 $ (577,6 manat) |
Qırğızıstan | 225 $ (15 716 som) |
Tacikistan | 138 $ (1299,9 somoni) |