Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.
AMB-dən İqtisadiyyat.Az-a verilən məlumata görə, avqustun 26-da keçiriləcək hibrid depozit hərracında 100 mln. manat məbləğində vəsaitin cəlb ediləcəyi nəzərdə tutulur.
Depozit hərracının müddəti 14 gün təşkil edir.