Koronavirus pandemiyası qlobal iqtisadi artımdan gələcək iki ildə 5 trilyon dollar silə bilər. Bu həcm,Yaponiyanın ümumi daxili məhsulundan (ÜDM) daha çox bir miqdarıdır.
Koronavirus ilə əlaqədar olaraq müəssisələrin bağlanması və istehlakçıların evdə qalmalarının ardından 1930-lardan bu yana ən dərin böhran yaşanır.
Bu barədə Wall Street bankları xəbərdarlıq edir.
Qeyd edilir ki, iqtisadiyyatların ziyanları kompensasiya etmələri zaman alacaq. ÜDM-lərin, bənzəri görünməmiş pul və maliyyə təşviqlərinə baxmayaraq böhrandan əvvəlki trendinə qayıtması 2022-ci ilə qədər mümkün olmayacaq.
On il əvvəl yaşanan qlobal maliyyə böhranından sonrakı dövrdə də belə olmuşdu. Ancaq yığışma iqtisadçıların təxmin etdiyindən daha yavaş reallaşdı.
Qlobal iqtisadiyyatın 5 trilyon dollar ətrafında zərbə alacağını gözləyən Citigroup Inc.-ın baş iqtisadçısı Catherine Mann, "Gedişat çox əhəmiyyətlidir. Əgər müsbət olsa bu şirkətlərin inamını və insanları iş tapa biləcəkləri mövzusunda dəstəkləyəcəkdir. Bu, ilin ikinci yarısına və 2021-ci ilə girərkən kritik əhəmiyyət daşıyır" deyib.
JPMorgan Chase & Co.iqtisadçıları gələn ilin sonuna qədər zərərin 5.5 trilyon dollar (Qlobal ÜDM-in 8%i) səviyyəsində təxmin edirlər. Yalnız inkişaf etmiş iqtisadiyyatlara olan zərər 2008 - 2009 və 1975 böhranlarına yaxın olacaq.
Morgan Stanley, aqressiv siyasət reaksiyasına baxmayaraq inkişaf etmiş bazarlar üçün virus əvvəli səviyyələrə dönüşün 2021-in üçüncü rübündə baş vercəyini nəzərdə tutur.marja