“Ölkələrin peyvənd satın alması üçün təsdiqə ehtiyacları yoxdur”.
Bunu virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.
O bildirib ki, yeni çıxan vaksinlərlə bağlı təsdiq prosesindən keçmiş bir peyvənd yoxdur:
“Hazırda hər şey yenidir. ÜST yaxın zamanda təcili vəziyyət üçün vaksinlərin satın alınması və istifadəsi üçün lazımi tövsiyələrini açıqlayacaq. bunu izləyə bilirsiniz”.
“Azərbaycana hansı vaksin gəlirsə-gəlsin,biz onların ümumi olaraq faydalı olacağını düşünürük”, - deyə o qeyd edib.