“Azərbaycan Dəmir Yolları” QSC şimaldan cənuba, eləcə də əks istiqamətdə yüklərin Abşeron yarımadasına daxil olmadan birbaşa daşınmasını asanlaşdıran Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulması işlərinə başlayıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, layihəyə görə yolun ox üzrə uzunluğu 36 km, yan yollar ilə birlikdə 80 km olması nəzərdə tutulub.
Daha öncə mövcud Güzdək-Qaradağ xətti biryollu olub və bu da həmin marşrut üzrə hər iki istiqamətdə eyni anda qatarların hərəkətini mümkünsüz edib. 1963-cü ildən işləyən yol sonradan istismar üçün yararsız vəziyyətə düşüb və uzun müddət istifadəsiz qalıb.
Yeni layihəyə əsasən yol tamamilə sökülərək genişləndirilir və hər iki istiqamətdə qatarların hərəkətinə imkan verən ikiyollu xətt salınır.
Ümumilikdə layihə üzrə 63 ədəd süni mühəndis qurğularının salınması nəzərdə tutulub. Belə ki, bu yolda iki stansiya, iki körpü, dörd heyvan keçidi, dörd avtomobil keçidi, beş piyada keçidi, üç ehtiyat keçidi, 43 suötürücü boru tikiləcək.
“Bu yol çətin relyefə malik ərazidən keçir. Ona görə də tikinti işlərinə çoxlu sayda ağır texnikalar cəlb olunub. Hazırda dəmir yolunun alt quruluşu üzrə torpaq yatağının hazırlanması və drenəedici materialın verilməsi işləri, dəmir yolunun üst quruluşu üzrə isə ballast materialının verilməsi işləri davam etdirilməkdədir”- deyə ADY-nin Tikintiyə nəzarət şöbəsinin laboratoriya müdiri Azər Məmmədov qeyd edib.
Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulması ölkə üçün bir sıra iqtisadi faydalar verəcək. Belə ki, bu yol yükdaşıma və sərnişindaşıma fəaliyyətlərində vaxta qənaətə, ən əsası şimal və cənubdan gələn yüklərin Abşeron yarımadasına daxil olmadan nəql edilməsinə şərait yaradacaq. Nəticədə bu layihə Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarının genişlənməsinə böyük töhfə verəcək. Bu da öz növbəsində Azərbaycanın tranzit ölkə qismində mövqeyini daha da gücləndirəcək.
Yeni Güzdək-Qaradağ xəttinin istismarı Abşeron yarımadasında dəmir yolu şəbəkəsinin yüklülüyünün azaldılmasına və Abşeron Dairəvi xətti üzrə sərnişin daşımalarının intensivliyinin artırılmasına imkan yaradacaq.
Həmçinin Güzdək-Qaradağ dəmir yolunun istifadəyə verilməsi regionda yeni iş yerlərinin açılmasına və infrastrukturun formalaşdırılmasına da kömək edəcək.Oxu.az
reddit
mattress health issues