Gürcüstanda daha 38 nəfərə koronavirus diaqnozu qoyulub, 17 pasiyent isə müalicə olunaraq sağalıb.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 548-ə sağalanların sayı isə 1 270-ə çatıb. Xəstəlikdən 19 nəfər vəfat edib.
Hazırda Gürcüstan üzrə karantində olanların sayı 6 059, stasionar nəzarətdə saxlanılanların sayı isə 239 nəfər təşkil edir.report