Gürcüstan cari ilin 6 ayında 787,05 milyon kilovat/saat elektrik enerjisi idxal edib.
Bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında deyilir.
Bildirilir ki, Gürcüstanın yanvar-iyun aylarında aldığı elektrik enerjisinin 415,97 milyon kilovat/saatı və ya 52,8 faizi Azərbaycanın payına düşüb.
Hesabat dövründə Gürcüstanın ikinci əsas elektrik enerjisi tədarükçüsü Rusiya olub (371,08 milyon kilovat/saat).Fins.az