“Ermənilər tərəfindən atılan top mərmisi Tərtər Rayon Prokurorluğunun yaxınlığına düşüb və nəticədə, müstəntiq yaralanıb”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Baş Prokuror Kamran Əliyev Baş prokurorluqda Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, 1989-cu il təvəllüdlü prokurorluq əməkdaşı (müstəntiq) xəstəxanaya yerləşdirilib:
“Həkimlər tərəfindən əməliyyata alınıb. Ümid edirik ki, onun həyatını xilas etmək mümkün olacaq”.