Dünyada smartfon satışları ötən ilə nisbətən 20,4% azalıb.
Bu barədə məlumat “Gartner” analitik şirkətinin yeni araşdırmasında yer alıb.
Qeyd olunub ki, satışların azalması beş aparıcı smartfon istehsalçısında qeydə alınıb.
Beləliklə, Cənubi Koreyanın “Samsung” şirkətinin satışları 27,4% enib. Çinin “Xiaomi” şirkəti üçün bu göstərici 21,5%, “OPPO” telefon şirkəti üçün isə 15.9% təşkil edib.
Öz növbəsində “Apple” şirkətinin satışları yalnız 0.4% azalıb.report