Dünyada COVID-19 xəstələrinin ümumi sayı 9,4 milyon nəfəri ötüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın məlumatına görə, dünyada ötən gün ərzində COVID-a 177 min yeni yoluxma aşkarlanıb.
Bildirilir ki, son sutkada daha 5 116 nəfər pandemiyanın qurbanı olub. Beləliklə, dünyada koronavirusdan ölən pasiyentlərin ümumi sayı 484 249 nəfər təşkil edib.
ÜST-ün məlumatına görə, epidemiyanın başlanğıcından koronavirusa yoluxanların sayı 9 473 214 nəfərə çatıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.Report