Avqustun 1-dən Cənubi Koreya Rusiya ilə aviareysləri bərpa etməyi planlaşdırır. 

Bu barədə Cənubi Koreyanın Nəqliyyat Nazirliyindən bildirilib. 

Məlumata görə, ilk növbədə, ölkənin İnçxon şəhərindən Rusiyanın paytaxtı Moskvaya uçuşlar bərpa olunacaq. Aviareyslər həftədə bir dəfə həyata keçiriləcək. Bununla belə, iki ölkə arasında hələ ki yazılı razılıq yoxdur.

Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın Baş Nazirinin müavini Tatyana Qolikovabildirib ki, avqustun 1-də 3 ölkə Rusiyadan olan turistlər üçün qapılarını açacaq. Bunlar Böyük Britaniya, Türkiyə və Tanzaniyadır. Tədricən bu siyahı genişlənəcək.report