2020-ci ilin 7 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 10%-dən çox, yəni 2 mlrd kubmetr artımla 22,3 mlrd kubmetr qaz hasil edilib. 

Bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib.

Qaz hasilatının 7 mlrd kubmetri AÇG-dən, 11 mlrd kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 4,3 mrd kubmetr qaz hasil olunub.report