Bu günə qədər Azərbaycanda 3 982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qeyd olunub ki, həmin şəxslərdən 2 506 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1427 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Xəstəxanada müalicə alanlardan 44 nəfərinin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.