Bayram günlərində Bakıda təcili tibbi yardıma müraciətlər artıb.

Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Bildirilib ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasına 3872 çağırış daxil olub. Çağırışların əksəriyyəti ürək-damar və nevroloji xəstəliklər, uşaqlarda hərarətin yüksəlməsi, müxtəlif travmalarla bağlı olub. “Bayram günlərində poliklinikalar işləmir, bu da təcili yardım stansiyasına müraciətlərin artmasına səbəb olub”, - xəbərdə deyilir.