Dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 milyon manat məbləğində vəsait ayrılıb.
İqtisadiyyat.Az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncam “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən imzalanıb.
Maliyyə Nazirliyinə vəsaitin müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb.
Sərəncam imzalandığı gündən (martın 2-si) qüvvəyə minir.