2021-ci ilin birinci rübü üzrə Azəri-Çıraq-Günəşli (AÇG) yatağından ümumilikdə 44 milyon barel və ya 6 milyon ton neft hasil olunub.
“BP Azərbaycan”dan verilən məlumata əsasən, rüb ərzində Azəri-Çıraq-Günəşli yatağından gündəlik orta hesabla hasilat 484 min barel olub.
2021-ci ilin birinci rübü ərzində Azəri-Çıraq-Günəşli üzrə fəaliyyətlərə təxminən 142 milyon dollar əməliyyat məsrəfləri və 463 milyon dollardan artıq əsaslı məsrəflər xərclənib.
İlk üç ay ərzində Çıraq platformasından gündəlik 30 min, Mərkəzi Azəri platformasından 112 min, Qərbi Azəri platformasından 130 min, Şərqi Azəri platformasından 79 min, Dərinsulu Günəşli platformasından 89 min və Qərbi Çıraq platformasından 44 min barel neft hasil edilib.
Rübün sonunda AÇG-də ümumilikdə 133 neft hasilat quyusu, 45 su injektor quyusu və səkkiz qaz injektor quyusu istismarda olub. Həmçinin AÇG-də üç neft hasilatı və iki suvurma quyusu qazılıb.