“Yoluxmanın yüksək olduğu yerlərdən biri Lənkərandır”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, rayonun kəndlərində yoluxmalar üstünlük təşkil edir:
“Boladi kəndində 16 fakt, Şiləvar kəndində səkkiz fakt, Şağlaser kəndində 31 fakt və Vilvan kəndində 11 fakt aşkarlanıb”.