Bu ilin I yarısında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,556 mlrd manat təşkil edib.
Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 0,8% çoxdur.
Hesabat dövründə 611,5 min ton həcmində avtomovil benzini, 1,119 mln ton dizel yanacağı, 12,8 min ton sürtkü yağları, 135,9 min ton neft bitumu, 111,4 min ton neft koksu istehsal edilib.
Avtomobil benzini istehsalı 0,7%, dizel yanacağı istehsalı 4,9%, sürtkü yağlarının istehsalı 33,3%, neft bitumunun istehsalı 38,7% artıb.
İlin I yarısında ölkədə 138,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 251,5 min ton ağ neft, 39,2 min ton yanacaq mazutu, 111,4 min ton neft koksu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 8,8%, ağ
neftin istehsalı 16,3%, yanacaq mazutunun istehsalı 32,2%, neft koksunun istehsalı 8,2% azalıb.report