Audiovizual yayımçılara edilən xəbərdarlıqlar və tətbiq olunan sanksiyalar açıqlanıb.
Məlumata görə, Audiovizual Şuranın sədri İsmət Səttarov ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, 8 televiziya kanalına xəbərdarlıq edilib.
O bildirib ki, 4 dəfə efir dayandırılması sanksiyası tətbiq edilib: "Televiziyada aparılan monitorinq zamanı 323 pozuntu aşkar edilib ki, bunun da 184-ü reklamla bağlı olub. Radioda 78 pozuntu olub və bunun da 50-si reklamla əlaqəlidir. Hər aşkar olunan pozuntularla bağlı daxili bildiriş göndərilib".