Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 12-nin ötən ilki faiz xərcləri əvvəlki ilə nisbətən çox olub.
Bunlar İran Milli Bankının Bakı filialı, 'NBC Bank', 'Muğan Bank', 'Naxçıvan Bank', 'Express Bank', 'Zıraat Bank Azərbaycan', 'Azər-Türk Bank', 'Premium Bank', 'Atabank', 'Bank BTB', 'Günay Bank' və 'Turan Bank'dır. Ən yüksək dinamika İran Milli Bankının Bakı filialında (2,1 dəfə), ən aşağı dinamika isə 'Turan Bank'da (0,4%) qeydə alınıb.
1 bankın - Pakistan Milli Bankının Bakı filialının faiz xərcləri dəyişməyib.
Qalan 17 bankın isə faiz xərcləri azalıb. Ən çox azalma 'Bank VTB Azərbaycan'da (71%), ən az azalma isə 'Amrah Bank'da (1,5%) qeydə alınıb.
3 bankın faiz xərcləri 50 milyon manatdan çoxdur
2018-ci ildə Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 3-nün faiz xərcləri 50 milyon manatdan çox olub.
Bunlar 'Azərbaycan Beynəlxalq Bankı' (118,386 milyon manat), 'Kapital Bank' (75,713 milyon manat) və 'Access Bank'dır (51,782 milyon manat).
Qalan 27 bankdan 16-da faiz xərcləri 10-50 milyon manat arasında, 9 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.
renkinq.az