Azərbaycanda 2018-ci ildə əhalinin adambaşına düşən beynəlxalq internet kanallarının (trafikinin) həcmi 83,5 Kbit/s olub ki, bu da 2017-ci ilin göstəricisindən təxminən 5% çoxdur.
Bu barədə Redaktor.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Komitənin məlumatına görə, ötən il ölkə əhalisinin hər 100 nəfərinə düşən internet istifadəçilərin sayı 80 nəfər olub. Bu göstərici 2017-ci illə müqayisədə 1,2% çoxdur. Hesabat ilində əhalinin hər 100 nəfərindən 75-i genişzolaqlı internet istifadəçisi olub ki, bu da 2017-ci illə müqayisədə 2,7% çoxdur.
İnternetdən istifadə tarifinin hər nəfərə düşən orta aylıq ümumi milli gəlirə nisbəti son iki il ərzində dəyişməz olaraq 0,2% səviyyəsində qalıb.