Bu gün günorta saatlarında Quba rayonu ərazisində şimşəklə müşahidə olunan güclü leysan yağıb.
İqtisadiyyat.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun bəzi dağlıq ərazilərinə dolu düşüb.
Quba Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun Alpan kəndində üç vətəndaşa məxsus yaşayış evinin yardımçı tikilisinə şimşək düşüb, bir yaşayış evini isə su basıb.
Rayonun Digah kəndində daha bir yaşayış evini su basıb.
Dəyən ziyanın hesablanması və aradan qaldırılması istiqamətində işlər davam etdirilir.