İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin sentyabr sayı təqdim olunub.

İcmalda qeyd edilib ki, 2019-cu ilin yanvar-avqust aylarında  Azərbaycana dünyanın 190 ölkəsindən 2 milyon 138 min 700 nəfər və ya 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 8,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu ilin avqust ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 13,2 faiz  artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 137,4 milyon manat təşkil edib.

TURİSTLƏRİN SAYI ARTSADA KARTLAR İLƏ XƏRCLƏMƏ AZALIB

Ümumilikdə isə 2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 862,9 milyon manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 888 milyon manat təşkil etmişdi.