Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi ilə Türkiyənin Kənd Təsərrüfatı Meşə Həmkarlar İttifaqı arasında əməkdaşlıqla bağlı müqavilə imzalanıb.
Bu barədə Azərbaycan tərəfi məlumat yayıb.
Məlumata görə, sənədə İttifaqın sədri Ahmet Demirçinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində imza atılıb. İki ölkənin kənd təsərrüfatı rəsmiləri əməkdaşlıq imkanlarını müzakirə edib.
Sonra A.Demirçi Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Rafail Quliyevlə görüşüb. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövzud vəziyyəti müzakirə olunub.
Türkiyə nümayəndə heyəti Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olub, qonaqlara institutun fəaliyyəti, aparılan elmi-tədqiqat işləri, yeni yaradılmış tərəvəz sortları, tərəvəz toxumçuluğunun inkişafı, yerli toxumlara olan tələbatın ödənilməsi barədə ətraflı məlumat verilib. Bilditilib ki, institutda qurulmuş biotexnologiya laboratoriyası, aqrokimya laboratoriyası və digər müasir laboratoriyalar günün tələblərinə uyğun mövzular ətrafında elmi tədqiqatların aparılmasına və təcrübədə yoxlanılmasına imkan verir.