Zaqatala və Qax rayonunda zəlzələ olub.
İqtisadiyyat.Az-ın məlumatına görə, zəlzələ yerli vaxtla saat 12:26-da Zaqatala rayonu ərazisində qeydə alınıb.
Zəlzələnin gücü 4.5, dərinliyi 60 km olub.
Yeraltı təkanlar Zaqatala ilə sərhəddə yerləşən Qax rayonunun Zərnə və Güllük kəndlərində güclü hiss olunub.