Bu il aprelin 1-nə Azərbaycan banklarının xarici öhdəlikləri 1 604,9 mln. manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 63,9 mln. manat və yaxud 3,8% azdır.
Bankların xarici öhdəlikləri ilin əvvəlinə nisbətən 308,2 mln. manat və yaxud 16,1%, son 1 ildə isə 287,4 mln. və yaxud 15,2% azalıb.