Azərbaycanda avtomobil satışlarının artması ilə avtonəqliyyat vasitələrinin sığortası (könüllü avtomobil sığortası, KASKO) üzrə toplanan sığorta haqları da artır.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-mart dövründə (1-ci rüb) sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 5 milyon 850 min manat sığorta haqları hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 752 min manat və ya 14,7% çoxdur. 2018-ci ilin yanvar -mart dövründə avtonəqliyyat vasitələrinin sığortası üzrə 5 milyon 98 min manat sığorta haqları hesabalanmışdı.
2018-ci ilin 1-ci rübü ilə müqayisədə 2019-cu ilin 1-ci rübündə könüllü avtomobil sığortası üzrə ödənişlər 472 min manat və ya 22,5% artıb. 2018-ci ilin 1-ci rübü ərzində 2 milyon 92 min manat təşkil etmiş ödənişlər bu ilin eyni dövründə 2 milyon 564 min manata qalxıb.